Antalyaya hələ bu qədər turist gəlməyib

Türkiyənin turizm paytaxtı Antalya 19 iyul 2025-ci ildə iyul ayı üçün bütün zamanların rekordunu qırdı. Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy, Antalya və Qazipaşa hava limanlarından şəhərə daxil olan 102 min 6 xarici ziyarətçi ilə iyul ayları ərzində ən yüksək günlük turist sayına çatıldığını elan etdi.
Nazir Ersoy sosial media hesabından etdiyi paylaşımda Antalyanın təkcə Türkiyənin deyil, dünya turizminin də göz bəbəyi olmağa davam etdiyini vurğuladı. O, günəşi, tarixi irsi, bənzərsiz təbiəti və güclü turizm infrastrukturu ilə Antalyanın füsunkar bir cazibə mərkəzinə çevrildiyini ifadə etdi.
Ersoyun açıqlamasına görə, 19 iyulda 102 min 6 xarici turistin hava yolu ilə şəhərə gəlişi, iyul aylarında qeydə alınan ən yüksək günlük ziyarətçi sayı oldu. Daha əvvəl 11 iyulda 100 min 681 nəfərlik girişlə başlayan artım 19 iyulda zirvəyə çatdı.
Keçən ilin avqust ayında qırılan 102 min 755 nəfərlik bütün zamanların rekordu isə artıq sadəcə bir neçə yüz nəfərlə aşılmağı gözləyir. Nazir Ersoy, bu uğurla birlikdə Türkiyənin turizm vizyonunun hər keçən gün daha da gücləndiyini bildirdi.
1 yanvar-19 iyul 2025-ci il tarixləri arasında Antalyaya yalnız hava yolu ilə gələn ümumi xarici ziyarətçi sayı 7 milyon 874 min 687 olub.
MONETAR.AZ