Rusiyaya gedənlərin sayı 25 faiz azalıb

Rusiyaya gedənlərin sayı
21 İyul 2025 15:35

2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 0,7 faiz azalaraq 988,2 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 14,2 faiz, Gürcüstana gedənlərin sayı 25,3 faiz artmış, Türkiyəyə gedənlərin sayı 4,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 24,6 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 38,1 faizi Türkiyəyə, 16,7 faizi Rusiya Federasiyasına, 11,1 faizi Gürcüstana, 10,0 faizi İrana, 24,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 66,0 faizini kişilər, 34,0 faizini qadınlar təşkil etmişdir.

2025-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,6 faizi hava, 29,3 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

MONETAR.AZ


Oxşar xəbərlər