Ötən il Dövlət Neft Fondunun gəlirliliyi 6 faiz olub

21 İyul 2025
12:43
Yaranma tarixindən 2024-cü ilin sonuna qədər Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ümumilikdə 15 milyard ABŞ dolları dəyərində gəlir əldə etmişdir ki, bu da illik ifadədə 2,6% gəlirliliyə uyğundur. 2024-cü ildə Fondun gəlirliliyi 6% olmuşdur.
Bu, ARDNF-in 2024-cü il üzrə konsolidasiya edilmiş hesabatında bildirilir.
Qeyd edilib ki, 2024-cü ilin sonuna ARDNF-nin idarə etdiyi aktivlərin dəyəri 56,1 milyard ABŞ dollarından artaraq 60,0 milyard ABŞ dollarına çatmışdır. Ümumi portfelin 46,9%-i və ya 28,2 milyard ABŞ dolları borc öhdəliklərinə, 26,6%-i və ya 16 milyard ABŞ dolları səhmlərə, 5,9%-i və ya 3,5 milyard ABŞ dolları daşınmaz əmlaka, 20,6%-i və ya 12,4 milyard ABŞ dolları isə qızıl investisiyalarına yönəldilmişdir.
2024-cü ilin sonuna ARDNF investisiyaları 64 ölkə və 18 valyutanı əhatə etmişdir.
MONETAR.AZ