AzərTürkBankın əmanətləri "əriyir": 238 milyonluq azalma

AzərTürkBankın əmanətləri "əriyir":
22 İyul 2025 01:29

2025-ci ilin birinci rübü ilə müqayisədə ikinci rübündə AzərTürkBankın əmanətlərinin həcmində əhəmiyyətli dərəcədə azalma qeydə alınıb. 

Təqdim olunan rəqəmlərə əsasən, 2025-ci ilin birinci rübündə (yanvar-mart) AzərTürkBankda cəlb olunan əmanətlərin ümumi həcmi 1 milyard 382 milyon 231 min manat təşkil edirdi.

Lakin, ikinci rübdə (aprel-iyun) bankın əmanət portfelində gözlənilməz bir dəyişiklik yaşanıb. AzərTürkBankın əmanətlərinin həcmi 1 milyard 144 milyon 650 min manata enib. Bu azalma, birinci rüblə müqayisədə 17,19 faiz və ya  237 milyon 581 min manatlıq bir fərq yaradır. 

MONETAR.AZ


Oxşar xəbərlər