Kredirtləri bahalaşdırmaq istəyən bankların gözləri Mərkəzi Bankda

Kredirtləri bahalaşdırmaq istəyən bankların
21 İyul 2025 09:50

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə, iyulun 23-də növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.

Mərkəzi Bank iyunun 11-də verdiyi açıqlamada, inflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalmasının növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada biləcəyini vurğulamışdı. Analitiklər bunu yumşalma istiqamətində açıq bir siqnal kimi qiymətləndirirlər. Lakin, qeyri-müəyyənliyin azalması şərti hələ də qalmaqdadır, bu da faiz endiriminə tam zəmanət vermir.

Analitiklərin fikrincə, AMB bu iclasda uçot dərəcəsini dəyişməz saxlaya bilər. 

Xatırladaq ki, Mərkəzi Bank 2024-cü ilin may ayından etibarən uçot faiz dərəcəsini sabit saxlayıb. Hazırda uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 8.25% səviyyəsindədir.

MONETAR.AZ


Oxşar xəbərlər