Beynəlxalq Bank Birbanka uduzdu - liderlik əldən getdi

2025-ci ilin ikinci rübündə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının əmanət portfellərində ciddi dəyişikliklər baş verib. Əldə edilən rəsmi məlumatlara əsasən, bəzi iri banklarda əmanətlərin həcmi azalsa da, əksər banklarda artım müşahidə olunub. Bu dövrdə ən diqqətçəkən dəyişikliklər Birbank, ABB və AFB Bank-da qeydə alınıb.
2025-ci ilin 2-ci rübündə Birbank (Kapital Bank) 473,5 milyon manatlıq artımla əmanət portfelini 9,003 milyard manatdan 9,477 milyard manata yüksəldib. Bu, 5,26% artım deməkdir və bankı sektor üzrə birinci yerə daşıyıb.
Əvvəlki dövrdə lider olan Azərbaycan Beynəlxalq Bankı (ABB), bu rübdə ciddi azalma ilə üzləşib. Bankın əmanət portfeli 10,13 milyard manatdan 9,07 milyard manata düşüb. 1,06 milyard manatlıq bu azalma 10,47% geriləmə deməkdir və ABB-ni ikinci yerə endirib.
Pasha Bank 387 milyon manatlıq artımla əmanət portfelini 6,32 milyard manatdan 6,71 milyard manata yüksəldib. Bu isə 6,12% artıma bərabərdir. Bank sıralamada üçüncü mövqeyini qoruyub.
Əmanət portfeli üzrə ən yüksək faizli artım AFB Bank-da qeydə alınıb. Bankın cəmi 130,8 milyon manat olan əmanətləri ikinci rübdə 236,4 milyon manata yüksəlib. Bu, 80,81% artım deməkdir və bankı siyahıda bir pillə irəli çıxarıb.
Bank Respublika və Bank of Baku-da güclü artım
-
Bank Respublika: 217,4 milyon manatlıq artımla əmanət portfeli 17,94% yüksəlib.
-
Bank of Baku: 268,1 milyon manat artımla əmanətlərini 43,35% artıraraq ilk onluğa daxil olub.
Əmanətlərdə azalma yaşayan banklar
Əmanət portfelində azalma müşahidə olunan banklar aşağıdakılardır:
-
ATB – 237,6 milyon manat azalma (−17,19%)
-
Premium Bank – 33,2 milyon manat azalma (−8,27%)
-
Bank BTB – 2,28 milyon manat azalma (−1,55%)
-
Bank Avrasiya – 4 milyon manat azalma (−6,98%)
-
Rabitabank – cüzi azalma (−0,05%)
Digər banklar stabil artım nümayiş etdirib
-
Unibank – 3,31%
-
AccessBank – 0,64%
-
Yelo Bank – 3,82%
-
Ziraat Bank Azərbaycan – 20,03%
-
TuranBank – 6,64%
-
Expressbank – 7,28%
-
VTB – 9,37%
-
Yapı Kredi Bank – 1,53%
-
National Iran Bank Baku – 2,58%
MONETAR.AZ