Bankların kredit yarışı: hanı banklar müştərilərini "küsdürüb"?

2025-ci ilin ikinci rübündə Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfeli ümumi olaraq artıb.
Bankların kredit portfeli üzrə ilk sırada yer alan Azərbaycan Beynəlxalq Bankı (ABB) kredit portfelini 6,47 milyard manatdan 6,64 milyard manata qədər artırıb. Bu, 2,69% artım və 174 milyon manatlıq əlavə kredit verilmiş deməkdir.
Banklar arasında kredit portfelinin həcmi üzrə ən yüksək faiz artımı Yapı Kredi Bankda qeydə alınıb. Bank kredit portfelini 320,6 milyon manatdan 384,5 milyon manata yüksəldərək 19,93% artım əldə edib. Bu, təxminən 63,9 milyon manatlıq əlavə kredit deməkdir.
Birbank kredit portfelini 5,34 milyard manatdan 5,37 milyard manata yüksəldib, artım 0,62% səviyyəsindədir.
Pasha Bank isə kredit portfelində yüngül azalma ilə qarşılaşıb — 3,29 milyard manatdan 3,28 milyard manata, yəni 0,15% azalma.
Digər banklarda kredit portfeli artımı
-
AccessBank: 3,24%
-
Unibank: 2,99%
-
Yelo Bank: 3,64%
-
RabitaBank: 4,09%
-
Bank of Baku: 5,14%
-
Ziraat Bank Azerbaijan: 8,86%
-
AFB Bank: 8,6%
-
TuranBank: 4,33%
-
Premium Bank: 2,32%
-
Expressbank: 0,62%
Bu banklarda kredit portfelində mülayim artım müşahidə olunub.
ATB kredit portfelində demək olar ki, dəyişiklik olmayıb, 26 min manatlıq yüngül artımla (0%) 806,4 milyon manat səviyyəsində qalıb.
ASB və National Iran Bank Baku isə müvafiq olaraq 0,51% və 10,79% azalma ilə kredit portfellərində kiçik geriləmələr yaşayıb.
Bank BTB və VTB isə çox kiçik artımlar olub.
MONETAR.AZ