Bank sektorunda mənfəətlə işləməyənə pis baxırlar

Bankların mənfəət göstəricilərində 2025-ci ilin ikinci rübündə əhəmiyyətli artımlar olub. ABB, Birbank və Pasha Bank kimi böyük banklar mənfəətlərini iki dəfədən çox artıraraq sektorda lider mövqeyini qoruyub.
Xüsusilə birbank mənfəətini 180,52% artıraraq 54,9 milyon manatdan 154 milyon manata yüksəldib. ABB isə mənfəətini 136,77% artıraraq 65,7 milyon manatdan 155,5 milyon manata çatdırıb. Pasha Bank da 44 milyon manatdan 91,6 milyon manata yüksəlməklə 108% artım göstərib.
Bank Respublika, XALQ Bank və AccessBank kimi banklar da mənfəətlərində 90%-dən çox artımla yaxşı nəticələr göstərib. Premium Bank isə ən çox artım nümayiş etdirərək mənfəətini 298,8% artırıb və 1,6 milyon manatdan 6,3 milyon manata yüksəlib.
Digər banklar arasında Ziraat Bank Azerbaijan, Unibank və Yapı Kredi Bank da 100%-dən artıq artımla diqqət çəkir.
MONETAR.AZ