Azərbaycanın İsveçrəyə qeyri-neft məhsulları ixracı artıb

Azərbaycanın İsveçrəyə qeyri-neft məhsulları ixracı

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan İsveçrəyə 315,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qurumun məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 121,7 milyon ABŞ dolları və ya 1,6 dəfə çoxdur.

2025-ci ilin 11 ayı ərzində İsveçrəyə qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 9,5 faizini təşkil edib.