ABŞ Prezidenti Donald Trump sosial media hesabında etdiyi paylaşımda Kübanın uzun illər ərzində Venezueladan böyük həcmdə neft və maliyyə dəstəyi aldığını iddia edib.
Donald Trump bildirib ki, Küba bunun müqabilində Venezuelaya təhlükəsizlik xidmətləri göstərib. ABŞ Prezidenti bu əməkdaşlığın artıq dayandırıldığını vurğulayaraq, həmin təhlükəsizlik qüvvələrindən olan bir çox Kübalının ötən həftə ABŞ-ın hücumu zamanı öldürüldüyünü irəli sürüb.
Trump qeyd edib ki, venezuelalıların artıq “onları əsir saxlayan” Kübalıların qorumasına ehtiyacı yoxdur. Onun sözlərinə görə, Venezuela hazırda dünyanın ən güclü ordusuna malik olan ABŞ-ın himayəsi altındadır.
ABŞ Prezidenti paylaşımında, həmçinin vurğulayıb ki, bundan sonra Kubaya heç bir neft və ya maliyyə vəsaiti göndərilməyəcək və Havana hakimiyyətinə “çox gec olmadan razılaşma əldə etməyi” tövsiyə edib.
Monetar.az