Beynəlxalq Valyuta Fondu proqnozlarını yenilədi

Beynəlxalq Valyuta Fondu proqnozlarını
29 İyul 2025 17:30

Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci il üçün qlobal iqtisadi artım proqnozunu 2,9%-dən 3%-ə, 2026-cı il üçün isə 3,1%-ə yüksəldib.

Proqnozların artımı ABŞ dollarının zəifləməsi və maliyyə şərtlərinin yaxşılaşması ilə izah olunur.

Qlobal inflyasiyanın 2025-ci ildə 4,2%, 2026-cı ildə isə 3,6%-yə düşəcəyi gözlənilir.

BVF xəbərdarlıq edir ki, geosiyasi gərginliklər, ticarət mübahisələri və maliyyə bazarlarında qeyri-sabitlik dünya iqtisadiyyatı üçün risk yaradır.

MONETAR.AZ


Oxşar xəbərlər