BMT-nin son iqtisadi proqnozlarına əsasən keçid iqtisadiyyatlarında real ÜDM-in artımı 2026 və 2027-ci illərdə sabit səviyyədə davam edəcək. Region üzrə artım 2026-cı ildə 2,2 %, 2027-ci ildə isə 2,5 % olacaq.
Cənub-Şərqi Avropa ölkələrində iqtisadi artım zəif, lakin dayanıqlı olacaq. Albaniyada ÜDM 2026-cı ildə 3,5%, 2027-ci ildə 3,2% artacaq. Bosniya və Herseqovina müvafiq olaraq 2,7 % və 2,5%, Monteneqro 3,2 % və 3,1 %, Şimali Makedoniya 3,1 % və 3,0 %, Serbiya isə 3,8 % və 4,0 % artacaq.
MDB və Gürcüstan ölkələrində isə xam neft ixrac edən dövlətlərdə artım daha aşağı olacaq. Azərbaycan 2026-cı ildə 2,7%, 2027-ci ildə isə 2,6% artacaq. Rusiya müvafiq olaraq 1,0% və 1,5%, Qazaxıstan 4,6 % və 4,8 %, Türkmənistan isə 6,0 % və 5,8 % artacaq. BMT ekspertləri bildirirlər ki, xam neft ixrac edən ölkələrdə iqtisadi artım neft hasilatının azalması və qiymət dalğalanmaları ilə bağlıdır.
Neft idxal edən ölkələrdə isə iqtisadi bərpa daha sürətlə gedir. Ermənistan 2026 və 2027-ci illərdə hər iki ildə 4,8 % artacaq, Gürcüstanda müvafiq artım 5,4 % və 5,0 %, Qırğızıstanda 5,9 % və 6,1 %, Tacikistanda isə 6,1 % və 5,1 % olacaq. Bu ölkələrdə artım əsasən sənaye, kənd təsərrüfatı və xidmət sektorlarının inkişafı hesabına reallaşır.
BMT ekspertləri vurğulayırlar ki, keçid iqtisadiyyatlarının dayanıqlılığı qorunsa da, xam neft ixrac edən ölkələrdə iqtisadi diversifikasiya və dayanıqlı investisiya siyasətinin inkişafı həlledici əhəmiyyət kəsb edir.
MONETAR.AZ