Şərqi Avropanın sərhədləri: haradan başlayır, harada bitir?

Şərqi Avropanın sərhədləri: haradan başlayır,

Şərqi Avropanın coğrafi sərhədləri ilə bağlı vahid yanaşma mövcud deyil. Müxtəlif beynəlxalq qurumlar və tədqiqatçılar bu regionu fərqli meyarlara əsasən müəyyənləşdirir.

Araşdırmalara görə, Rusiya, Ukrayna və Belarus demək olar ki, bütün yanaşmalarda Şərqi Avropanın “əsas nüvəsi” kimi qəbul olunur.

Bununla yanaşı, Moldova də bir çox təsnifatlarda bu regiona daxil edilir. Digər ölkələrin daxil edilməsi isə yanaşmadan asılı olaraq dəyişir.

Bəzi təsnifatlarda Polşa, Macarıstan və Çexiya kimi ölkələr Şərqi Avropaya aid edilsə də, çox vaxt onlar Mərkəzi Avropa kimi göstərilir.

Digər yanaşmalarda isə region daha geniş götürülərək Azərbaycan, Gürcüstan və Balkan ölkələri də daxil edilir.

Mütəxəssislər bildirirlər ki, bu fərqlərin əsas səbəbi tarixi və siyasi amillərlə bağlıdır. Xüsusilə Soyuq müharibə dövründə “Şərqi Avropa” anlayışı daha çox sovet təsiri altında olan ölkələri ifadə etmək üçün istifadə olunurdu.

Araşdırmalar göstərir ki, regionun şərq sərhədləri nisbətən sabit hesab edilsə də, qərb sərhədləri müxtəlif yanaşmalara görə dəyişir. Bəzi hallarda bu sərhəd Almaniyanın şərqindən başlayaraq Ural dağlarına qədər uzanır.

Nəticə etibarilə, Şərqi Avropa anlayışı dəqiq coğrafi məkan deyil, daha çox tarix, mədəniyyət və geopolitik təsirlər nəticəsində formalaşmış nisbi bir anlayış kimi qiymətləndirilir.

MONETAR.AZ