Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard dolları keçib

Azərbaycanın strateji valyuta ehtiyatları

Azərbaycanın maliyyə imkanları və strateji valyuta ehtiyatlarında əhəmiyyətli artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin son hesabatına istinadən yayılan məlumatlara görə, bu il aprelin 1-nə ölkənin strateji valyuta ehtiyatları 85 milyard 151,1 milyon ABŞ dolları təşkil edib.

Bu göstərici Azərbaycanın "maliyyə yastığı"nın sürətlə böyüdüyünü nümayiş etdirir. Belə ki, ehtiyatların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,9 % artıb.

Strateji ehtiyatların mühüm tərkib hissəsi olan Azərbaycan Mərkəzi Bankının (AMB) aktivlərində də artım meyli müşahidə olunur. Hesabat dövrünə olan məlumata əsasən: AMB-nin valyuta ehtiyatları 11 milyard 656,8 milyon ABŞ dolları təşkil edib ki,  bu da son 1 il ərzində 5,7 % artım deməkdir.

Valyuta ehtiyatlarının bu səviyyədə artması ölkənin makroiqtisadi sabitliyinin qorunması, manatın məzənnəsinin dəstəklənməsi və xarici iqtisadi şoklara qarşı dayanıqlığın artırılması baxımından strateji əhəmiyyət kəsb edir. 

MONETAR.AZ