İrlandiya hökuməti etirazlar səbəbindən yanacaq vergisini azaldıb

İrlandiya hökuməti etirazlar səbəbindən

İrlandiya hökuməti benzin və dizel yanacağı üzrə vergiləri 500 milyon avrodan çox məbləğdə azaltmaq qərarı verib.

Mihol Martin bildirib ki, bu addım iri nəqliyyat şirkətləri və fermerlərin yanacaq qiymətlərinin artımına qarşı keçirdiyi kütləvi etiraz aksiyalarından sonra qəbul olunub. O, bunun birbaşa etirazların təzyiqi nəticəsində verildiyi fikrini isə rədd edib.

Baş nazir həmçinin qeyd edib ki, hökumət benzin üzrə aksiz vergisini davamlı şəkildə azaltmağı planlaşdırır. Litr başına 10 avro sent həcmində endirim ediləcək. Mart ayında bu vergi artıq benzin üçün 15 sent, dizel üçün isə 20 sent azaldılmışdı. Yeni tədbirlər iyul ayının sonuna qədər qüvvədə olacaq.

İrlandiyada yanacaq qiymətlərinə qarşı etirazlar bir həftə əvvəl başlayıb. Aksiya iştirakçıları ölkənin yeganə neft emalı zavodu olan “Whitegate”ə gedən yolları yük maşınları və traktorlarla bağlayıblar. Dublin ətrafında və digər əsas magistrallarda hərəkət iflic olub, vəziyyətə polis və hərbçilər cəlb edilib.

MONETAR.AZ