Enerji şirkətlərinin səhmləri artır

Enerji şirkətlərinin səhmləri

Brent nefti qiyməti ABŞ-ın İran ətrafında dəniz nəqliyyatını məhdudlaşdırmaq istiqamətində addımlar atması və ABŞ–İran danışıqlarının uğursuzluqla nəticələnməsi fonunda kəskin artaraq 100 dollar həddini keçib.

Bugün səhər saatlarında neft bazarlarında güclü yüksəliş qeydə alınıb:

  • Brent nefti 7,3% artaraq 102,16 dollar/barel
  • WTI nefti təxminən 8% artaraq 104,24 dollar/barel səviyyəsinə yüksəlib

Qiymət artımı ilə paralel olaraq enerji şirkətlərinin səhmləri də yüksəlib. ABŞ bazarında ExxonMobilChevron 2%-dən çox artım göstərib. ConocoPhillips 3,4%, Occidental Petroleum isə 3,1% yüksəlib.

Avropada da oxşar tendensiya müşahidə olunub: BPShell təxminən 1,4% artıb, TotalEnergies 1,3%, Repsol isə 2% yüksəlib.

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında blokada tədbirlərinə başlayacaq. Bu addım ABŞ–İran danışıqlarının nəticəsiz qalmasından sonra atılıb və qısa müddətli atəşkəsin davamlılığına dair narahatlıqları artırıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, məhdudiyyətlər İran limanlarına daxil olan və çıxan bütün dəniz daşımalarını əhatə edəcək, lakin digər ölkələrə məxsus tranzit gəmilərinə maneə yaradılmayacaq.

Enerji bazarları üzrə strateq Co DeLaura bildirib ki, uzunmüddətli təchizat riskləri nəzərə alınmadan neft qiymətləri əvvəlki həftə “həddindən artıq optimist” səviyyələrə düşmüşdü və real bazar şərtləri nefti 120–130 dollar/barel səviyyəsinə qədər yüksəldə bilər.

MONETAR.AZ