Xəzər Boru Kəməri Konsorsiumu (Kaspian Boru Kəməri Konsorsiumu – KTK) mart ayında Qazaxıstan və Rusiyadan daşınan xam neft ixracını 48% artırıb. Bu barədə bugün Reuters-ə istinadən sənaye mənbələri məlumat verib.
Artıma əsas səbəb kimi Tengiz yatağı-nda hasilatın bərpası göstərilir.
Chevron-un rəhbərliyi altında işlənən Tengiz Qazaxıstanın ən böyük neft yatağıdır. Ölkə gündəlik dünya neft hasilatının təxminən 2%-ni təmin edir və ixracın böyük hissəsi KTK vasitəsilə Rusiyanın Novorossiysk limanına yönləndirilir. Yatağın operatoru olan “Tengizşevroil” yanvar ayında obyektin yaxınlığında elektrik təchizatında yaranan fasilələr səbəbindən istehsalı dayandırmışdı.
Şirkətin baş direktoru William Lacobie keçən həftə bildirib ki, yataq artıq tam istehsal gücünə qayıdıb.
Mənbələrin məlumatına görə, Tengiz–Novorossiysk boru xətti ilə neft nəql edən KTK ötən ay ixracı 6,196 milyon metrik tona (gündə 1,58 milyon barel) çatdırıb. Müqayisə üçün, fevralda bu göstərici 3,79 milyon ton (gündə 1,07 milyon barel) idi.