Bakıda daha iki yol təmir edilib

Bakıda daha iki yol

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakının yol şəbəkəsində daha iki sahədə təmir işləri aparılıb.

Agentliyin məlumatına görə, işlər əsasən gecə saatlarında və həftəsonları həyata keçirilib ki, nəqliyyat axınına minimum təsir göstərilsin.

Təmir işləri Heydər Əliyev prospektindən Babək prospekti istiqamətindəki yol ötürücüsündə, eləcə də Ziya Bünyadov prospektində “Koroğlu” metro stansiyası istiqamətində aparılıb.

Qeyd olunur ki, işlər iki gecə ərzində — saat 23:00-dan səhər 07:00-a qədər davam edib. Nəticədə vətəndaşlar üçün daha təhlükəsiz və rahat hərəkət şəraiti təmin edilib.