Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilib. Bu barədə "BakuBus" MMC məlumat yayıb.
Bildirilib ki, 140 və 140E saylı marşrut xətləri gedərkən Mərdəkan dairəsindən Əliheydər Qarayev küçəsinə, oradan isə Almas İldırım küçəsinə çıxaraq öz sxemləri üzrə hərəkətlərini davam etdirirlər.
Buna səbəb olaraq yolun çökməsi və aparılan təmir işləri göstərilir.
Eyni zamanda, 30 saylı marşrut xəttinin hərəkət istiqamətində Kamran Əfkari küçəsində (UPD) aparılan təmir işləri ilə əlaqədar avtobuslar müvəqqəti olaraq Babək prospekti ilə hərəkət edirlər.