Alman avtomobil istehsalçısı zəif tələb fonunda, xüsusilə Çin və ABŞ bazarlarında çətinliklərlə üzləşib.
Şirkət bugün açıqlayıb ki, birinci rübdə Çində tədarüklər 15% azalıb.
ABŞ-da isə tədarüklər 20,5% geriləyib. Buna yüksək tariflər və elektrik avtomobilləri üzrə tələbi zəiflədən tənzimləmə dəyişiklikləri səbəb olub.
Volkswagen-in satışlar üzrə rəhbəri Marko Şubert bildirib ki, “2026-cı ilin birinci rübü yenidən çox çətin iqtisadi və geosiyasi şəraitlə xarakterizə olundu” və əlavə edib ki, avtomobil bazarı qlobal miqyasda daralmağa davam edir.
MONETAR.AZ