Dünya Bankı Xəzər dənizi üzrə böyük ekoloji layihənin maliyyələşdirilməsini təsdiqləyib.
“Xəzərin Yaşıllaşdırılması” adlı layihə Xəzər dənizi ətrafında yerləşən Azərbaycan, Qazaxıstan və Türkmənistanı bir araya gətirərək çirklənməyə qarşı mübarizə aparmağı və biomüxtəlifliyi qorumağı hədəfləyir.
Layihə çərçivəsində Qlobal Ətraf Mühit Fondu 11,74 milyon dollar qrant ayıracaq, əlavə olaraq 8,24 milyon dolların da ayrılması planlaşdırılır. Bundan başqa, layihənin hazırlanması üçün 183 min dollar həcmində ayrıca qrant da nəzərdə tutulur.
Təşəbbüs region ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə və Tehran Konvensiyası çərçivəsində öhdəliklərin yerinə yetirilməsinə yönəlib.