Qeyd edilən məlumatlar palatanın 2025-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Qurum bu müddət ərzində əldə edilmiş nailiyyətləri açıqlayıb:
Qeyd olunub ki, dövlət maliyyəsinin hesabatlılığının və fiskal məsuliyyətin gücləndirilməsi, Ortamüddətli Xərclər Çərçivəsi və nəticəyə əsaslanan büdcə islahatlarının daha yaxşı həyata keçirilməsinə verdikləri töhfə yekunlarda əksini tapır:
- Dövlət maliyyəsinə xidmət edən hüquqi aktlarda dəyişiklik;
- Bir milyard manatdan çox gəlinin 2-ci dəfə tanınmasının, 8 mln. manat ləğv edilmiş dövlət rüsumunun gəlirlərdə əks etdirilməsinin aradan qaldırılması;
- Büdcə hesabatlılığı üzrə 1 mlrd. manatdan, maliyyə hesabatlarında 2 mlrd. manatdan çox təhrifin düzəldilməsi;
- Depozit və tapşırıqlar hesabının qalığı üzrə 100 mln. manatdan çox tanınmayan gəlirlərin nəzərə alınması;
- Müvafiq qurumların 500-dən yuxarı əməkdaşına dövlət maliyyəsi sahəsində təlimlər;
- Büdcədənkənar dövlət fondlarının büdcə layihələri ilə bağlı sənədləşmənin təkmilləşdirilməsi;
- Naxçıvanın dövlət büdcəsi üzrə sənədləşmənin təkmilləşdirilməsi, hesabatlılıqda uyğunsuzluqların aradan qaldırılması;
- Hesablama Palatasının təklifləri də nəzərə alınmaqla dövlət büdcəsindən ayrılan dotasiyanın azaldılması və s.
Hesablama Palatasının işinə daha güclü etimad
- Asya Ali Audit Qurumları Təşkilatının (ASOSAI) İdarə Heyətinə üzvlük;
- ASOSAI-ın maliyyə hesabatlarının auditi;
- Tacikistan AAO-nun fəaliyyətinin qiymətləndirilməsi;
- Deputatların təklifləri əsasında iş planına 7 auditin daxil edilməsi.
93%-dən çox müsbət media dəyərləndirilməsi
- Hesablama Palatasının illik büdcəsinin icrası və keçirdiyi satınalmalar, ev sahibliyi ilə reallaşan beynəlxalq tədbirlər haqqında hesabatların rəsmi saytda yerləşdirilməsi;
- İllik maliyyə hesabatlarının və auditor rəyının rəsmi internet səhifəsində yerleşdirilməsi;
- Naxçıvan Muxtar Respublikasının icra orqanlarının təklif və sorğuları əsasında qurumlara dövlət maliyyə idarəetməsi sahəsində təlimlər və s.
Qurum tam nail olunmayan nəticələrin siyahısını da açıqlayıb:
- Ayrıca informasiya sistemlərinin auditinin aparılmaması, bu sahədə məhdud kadr potensialı;
- Digər qurumlanın informasiya sistemlərinə inteqrasiyanın təmin edilməməsi;
- OMXÇ islahatının davam etməsi fonunda bu istiqamətdə ayrıca auditlərin aparılmaması;
- Səmərəlilik auditlərinin cəmi audit portfelində payının hədəf göstəriciyə çatdırılmaması.