İtaliyanın Eni şirkətinin baş icraçı direktoru Klaudio Deskaltsi bildirib ki, Avropa İttifaqı 2027-ci ildən etibarən Rusiya qazının idxalını mərhələli şəkildə dayandırmaq planını yenidən nəzərdən keçirməlidir. Bu barədə Reuters məlumat yayıb.
Deskaltsi dünən hakim koalisiya tərəfdaşı olan “Liqа” partiyasının təşkil etdiyi tədbirdə çıxış edərək qeyd edib ki, blokun elektrik stansiyalarının işləməsi üçün vacib çevikliyi təmin edən Rusiyadan gələn 20 milyard kubmetr qazı nə ilə əvəz edəcəyi hələ də aydın deyil.
Qeyd olunur ki, Rusiya qısamüddətli müqavilələr üzrə mayeləşdirilmiş təbii qaz (LNG) ixracına 25 aprel tarixindən, uzunmüddətli müqavilələr üzrə isə 1 yanvar 2027-ci ildən etibarən Avropa tərəfindən qadağa ilə üzləşəcək.
Deskaltsi əlavə edib ki, enerji təchizatındakı mümkün fasilələr baxımından İrandakı münaqişə son 40 ilin “ən mühüm hadisəsi” hesab oluna bilər.