Qarabağ və Şərqi Zəngəzurda günəş enerjisinin payı artır

Qarabağ və Şərqi Zəngəzurda günəş enerjisinin

Azərbaycan Energetika Nazirliyi bildirir ki, Qarabağ və Şərqi Zəngəzurda 2 000-dən çox yaşayış və ictimai binanın üzərində günəş panelləri quraşdırılıb.

Məlumata görə, quraşdırılmış damüstü günəş panellərinin ümumi gücü 7 000 kVt-dan artıqdır.

Qeyd olunur ki, müasir şəhərsalma siyasətinin əsas elementlərindən biri olan günəş panellərinin istifadəsi Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası”na çevrilməsində mühüm rol oynayır.

Nazirlik vurğulayıb ki, bu yanaşma enerji səmərəliliyini artırır və regionun dayanıqlı, ekoloji cəhətdən təmiz inkişafına töhfə verir.