Tramp Rusiyaya 10 gün vaxt verdi

Tramp Rusiyaya
30 İyul 2025 01:42

ABŞ Prezidenti Donald Trump Rusiyanın Ukrayna ilə barış müqaviləsi bağlaması üçün 10 günlük müddət verdiyini açıqlayıb. Trump bu müddət ərzində razılaşma əldə olunmadığı təqdirdə, Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiq ediləcəyini bildirib.

Trump, Şotlandiyadan ABŞ-a dönərkən mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Prezident Rusiyanın müharibəni davam etdirmək istədiyini, lakin ABŞ-ın buna qarşılıq olaraq gümrük vergiləri və digər iqtisadi tədbirlər tətbiq edəcəyini qeyd edib: "Bugündən etibarən 10 gün müddət verirəm. Əgər bu müddət ərzində heç bir razılaşma əldə olunmazsa, sanksiyalar tətbiq olunacaq. Bunun Rusiyaya təsir edib-etməyəcəyini bilmirəm, amma biz öz addımlarımızı atacağıq".

Trump iki ölkə arasında bir an əvvəl barış anlaşmasının imzalanmasını istədiyini, lakin Rusiyanın bu yöndə hər hansı bir irəliləyiş göstərmədiyini vurğulayıb. Prezident Rusiya rəhbəri Vladimir Putindən bu məsələyə dair heç bir cavab almadığını bildirib və "Çox təəssüf" sözlərini əlavə edib.

Trump daha əvvəlki bəyanatlarında da müharibənin davam etməsi halında ABŞ-ın Rusiyaya qarşı daha sərt tədbirlər tətbiq edəcəyini bildirmişdi.


Oxşar xəbərlər