BVF 140 illik tarixi araşdırdı: Mərkəzi banklar auditoriya ilə necə danışır?

BVF 140 illik tarixi araşdırdı:
17 İyun 2025 08:14

Beynəlxalq Valyuta Fondu (BVF) dünya üzrə mərkəzi bankların 1884-cü ildən 2025-ci ilə qədər ictimaiyyətlə necə ünsiyyət qurduğunu araşdırıb. Yeni hazırlanmış süni intellekt aləti sayəsində 169 mərkəzi bankın 75 min sənədi təhlil olunub.

Nəticələr göstərir ki, mərkəzi bankların dili zamanla mürəkkəbləşib, istifadə etdikləri ifadələr və mesajların tonu isə ölkənin inkişaf səviyyəsindən, iqtisadi vəziyyətdən və hədəf auditoriyadan asılı olaraq dəyişir.

Əsas müşahidələr nələrdir?

İnkişaf etmiş ölkələr gələcəyə yönəlik danışır: onlar inflyasiya, faiz dərəcələri və iqtisadi proqnozlarla bağlı məlumat verərək bazarın gözləntilərini formalaşdırmağa çalışırlar.

İnkişaf etməkdə olan ölkələr isə daha çox keçmiş göstəricilərə və hazırkı vəziyyətə fokuslanır. Açıq və sadə ifadələrlə auditoriyanı inandırmaq əsas məqsəddir.

Krizis zamanı banklar nəyi necə izah edir?

Qlobal maliyyə böhranı və COVID-19 dövründə mərkəzi banklar daha ehtiyatla danışıb. Qəti və sərt açıqlamalar əvəzinə, ssenarilər əsasında ehtiyatlı yanaşma sərgiləyiblər.

Faiz dərəcələrinin artırıldığı, yəni sərt pul siyasəti tətbiq olunan dövrlərdə isə banklar verdikləri qərarları daha geniş şəkildə izah edirlər. Yumşaq siyasət dövrlərində izahlar isə nisbətən az olur.

MONETAR.AZ


Oxşar xəbərlər