Maliyyə Nazirliyinin xəzinədarlıq idarələri ləğv olundu

Maliyyə Nazirliyinin xəzinədarlıq idarələri
12 İyun 2025 16:52

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin Xəzinadarlıq İdarələri və yerli bölmələri ləğv edilib. 

Bu barədə nazir Sahil Babayev əmr imzalayıb. 

Paytaxtda da mövcud olan 11 Xəzinədarlıq İdarəsi ləğv olunub və işçilər sərəncama götürülüb. 

Yalnız Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 2 saylı Xəzinədarlıq İdarəsi saxlanılıb. Sözügedən qurumun rəisi Muradov Yəhya Məmmədhüseyn oğlu vəzifəsindən azad edilib və yerinə Etibar Muradov təyin olunub. 

Yaxın vaxtlarda Xəzinədarlıq İdarələri birləşdirilərək, Regional İdarələr kimi fəaliyyət göstərəcək. (Qaynarinfo.az)


Oxşar xəbərlər