Bloomberg-in məlumatına görə ticarətçilər və iqtisadçılar Türkiyə Mərkəzi Bankının mart ayında faiz dərəcələrini endirməyi dayandıracağını gözləyirlər. Bu proqnoza səbəb İrandan qaynaqlanan münaqişə fonunda enerji daşıyıcılarının qiymətlərinin kəskin artmasıdır ki, bu da inflyasiya ilə mübarizə səylərini təhlükə altına qoyur.
JPMorgan və Deutsche Bank proqnozlarını dəyişərək 12 mart iclasında faiz dərəcəsinin sabit qalacağını gözləyirlər.
Enerji idxalından asılı olan Türkiyə Yaxın Şərqdəki gərginliklərə həssasdır. Bazar gərginliyi Mərkəzi Bankıı məcbur edib ki, likvidliyi sərtləşdirərək qısa müddətli borclanmanın xərclərini overnayt mexanizmi vasitəsilə 40%-ə çatdırsın və lirəni dəstəkləsin. Valyuta kursu 43,97 səviyyəsində sabit qalıb.
Yanvarda inflyasiya 30,65%-ə qədər yavaşlamışdı, bu da əvvəl regulatorun faiz dərəcəsini 37%-ə endirməsinə imkan vermişdi. Lakin indi JPMorgan ilin sonu üçün inflyasiya proqnozunu 25%-ə endirib və bu ay üçün faiz endirimini gözləmək əvəzinə dayandırma proqnozu verib.
Deutsche Bank da qeyd edir ki, neft şokunun müddətindən asılı olaraq ilin sonuna yaxın daha yüksək faiz riskləri mövcuddur.
MONETAR.AZ