Qazaxıstanın Milli Rifah Fondu yuanla istiqraz yerləşdirəcək

Qazaxıstanın Milli Rifah Fondu yuanla

Qazaxıstanın Milli Rifah Fondu “Samruk-Kazyna” Çin valyutasında ilk dəfə “panda istiqrazları”nın satışını hazırlayır. Bu barədə Bloomberg məlumat yayıb.

Planlaşdırılan yerləşdirmə aprel ayında baş tuta bilər və fond təxminən 3 milyard yuan (təxminən 435 milyon dollar) cəlb etməyi hədəfləyir.

Yeni İnkişaf Bankının məlumatına istinad edən Bloomberg qeyd edir ki, Çinin daxili istiqraz bazarı yüksək likvidlik və nisbətən sabit valyuta səbəbindən inkişaf etməkdə olan ölkələr üçün getdikcə daha cəlbedici maliyyələşmə mənbəyinə çevrilir.

Qazaxıstan isə İranda müharibə fonunda enerji resurslarına malik ölkə kimi investorların diqqətini daha çox cəlb etməyə başlayıb.

Daha əvvəl Qazaxıstan İnkişaf Bankı və KazMunayQaz artıq “dim-sam istiqrazları” yerləşdiriblər. Bu alətlər Çin yuanında olmaqla Çin xaricində, xüsusilə Hong Kong kimi maliyyə mərkəzlərində emissiya olunur.

“Panda istiqrazları” isə ondan fərqlənir ki, xarici emitentlər yuanla borclanmanı birbaşa Çin daxili bazarında həyata keçirirlər.

MONETAR.AZ