Əbu-Dabidə neft-kimya zavodunda yanğın baş verib

Əbu-Dabidə neft-kimya zavodunda

Əbu-Dabi şəhərində yerləşən Borouge neft-kimya zavodunda hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan hədəflərin qalıqlarının düşməsi nəticəsində yanğın qeydə alınıb. Bu barədə Birləşmiş Ərəb Əmirlikləri hökuməti X platformasında məlumat yayıb.

Məlumata görə, obyekt üzrə işlər ziyanın qiymətləndirilməsi üçün dərhal dayandırılıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. Yanğının söndürülməsi üçün yanğınsöndürmə xidmətləri cəlb olunub.

Hökumət yanğına səbəb olan hava hədəflərinin hansı növ olduğu barədə açıqlama verməyib.

Qeyd edək ki, aprelin 3-də Birləşmiş Ərəb Əmirlikləri hakimiyyət orqanları Xabşan qaz emalı zavodu-da baş verən yanğından sonra müəssisənin fəaliyyətini müvəqqəti dayandırmışdı. Həmin yanğın raket zərbəsi nəticəsində baş vermişdi. Oxşar tədbirlər mart ayında da tətbiq olunmuşdu.

Əmirliyin Müdafiə Nazirliyinin məlumatına görə, Yaxın Şərqdə gərginliyin artdığı vaxtdan bəri ölkədə 217 nəfər zərər çəkib.

MONETAR.AZ