Kollektorda qəza evləri su altında qoyub, sakinlər təxliyə olunur

Kollektorda qəza evləri su altında qoyub,

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Keşlə qəsəbəsi ərazisində kollektor nasazlığı səbəbindən yaşayış evlərinin su basması barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, eləcə də FHN-in Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hazırda su basmış evlərdən vətəndaşların təxliyəsi həyata keçirilir və digər zəruri təhlükəsizlik tədbirləri görülür.