Fevralın 28-i saat 08:00-dan aprelin 4-ü saat 10:00-a qədər İran-dan Azərbaycan-a ümumilikdə 3 297 nəfər təxliyə olunub. Onlardan 572 nəfəri Azərbaycan vətəndaşıdır.
Eyni zamanda digər ölkələrin vətəndaşları da təxliyə edilib:
- Çin — 730 nəfər
- Rusiya — 354 nəfər
- Banqladeş — 198 nəfər
- Tacikistan — 189 nəfər
- Pakistan — 151 nəfər
- Hindistan — 238 nəfər
- Oman — 84 nəfər
- İndoneziya — 68 nəfər
- İran — 134 nəfər
- İtaliya — 44 nəfər
- Əlcəzair — 57 nəfər
- İspaniya — 26 nəfər
- Almaniya — 25 nəfər
- Kanada — 25 nəfər
- Fransa — 19 nəfər
- Səudiyyə Ərəbistanı — 18 nəfər
- Yaponiya — 18 nəfər
- Gürcüstan — 19 nəfər
- Özbəkistan — 16 nəfər
- Polşa — 14 nəfər
- İsveçrə — 14 nəfər
- Nigeriya — 13 nəfər
- Macarıstan — 12 nəfər
- Bəhreyn — 16 nəfər
- Qazaxıstan — 13 nəfər
- Meksika — 11 nəfər
- ABŞ — 13 nəfər
- Belarus — 11 nəfər
Bundan əlavə, hər biri 10 nəfər olmaqla Böyük Britaniya, Bolqarıstan və Konqo Demokratik Respublikası vətəndaşları, doqquz nəfər Braziliya, səkkiz nəfər Sudan, yeddi nəfər Venesuela, həmçinin hər biri altı nəfər olmaqla Finlandiya, Rumıniya, Çexiya, Slovakiya, Belçika və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları da təxliyə olunanlar arasındadır.