Hindistan Yaxın Şərqdəki böhran fonunda İran neftinin alışını bərpa edib.
Bu barədə Hindistanın Neft və Təbii Qaz Nazirliyi sosial şəbəkə X-də məlumat yayıb.
İrandan Hindistana neft tədarükü 2019-cu ildə ABŞ sanksiyaları səbəbindən dayandırılmışdı. Reuters qeyd edir ki, o vaxtdan bəri Hindistan İran nefti idxal etmirdi.
Nazirlik bildirib ki, sövdələşmə ödənişlə bağlı heç bir problem olmadan həyata keçirilib.
“Yaxın Şərqdə tədarük pozuntuları şəraitində Hindistanın neft emalı zavodları özlərini zəruri həcmdə xam neftlə təmin edib, o cümlədən İrandan. Yayılan şayiələrin əksinə olaraq, İran neftinin idxalı üzrə ödənişlərdə heç bir maneə yaranmayıb”, deyə məlumatda bildirilir.