OPEC+ alyansına daxil olan səkkiz ölkə may ayında neft hasilatı kvotalarını gündəlik 206 min barel artırmaq barədə razılığa gəlib. Bu barədə OPEC tərəfindən yayılan press-relizdə bildirilir.
Qərar qlobal neft bazarında mövcud vəziyyətin qiymətləndirilməsi fonunda qəbul olunub və hasilatın mərhələli şəkildə artırılmasını nəzərdə tutur.
Alyansın növbəti iclası mayın 3-nə təyin edilib və həmin görüşdə bazardakı dinamika yenidən müzakirə olunacaq.