Yuan 10 ayın rekord artımını göstərib

Yuan 10 ayın rekord artımını

Bu gün Çin yuanı fevral ayından bəri ən kəskin gündəlik möhkəmlənməni nümayiş etdirib. Bu barədə Bloomberg xəbər verir. Çin Xalq Bankı bazarlara aydın siqnal verərək ilin ən önəmli siyasi tədbiri olan Ümumçin Xalq Məclisinin başlanğıcı öncəsi referans məzənnəni əhəmiyyətli dərəcədə gücləndirib.

Materik yuani dollar qarşısında 0,5% qalxaraq 6,875 səviyyəsinə çatdı. Offshore yuani isə 0,4% möhkəmlənərək 6,8751 oldu. Xalq Bankı referans məzənnəsini 6,9088 səviyyəsində müəyyən edib. Bu, avqust ayından bəri ən güclü möhkəmlənmədir.

Analitiklər bildirirlər ki, Pekinin bu addımları investorların əhval-ruhiyyəsini partiya qurultayından öncə sabitləşdirməyə yönəlib.

Keçən cümə Xalq Bankı valyuta forward-larında 20%-lik ehtiyat tələbin ləğv etdi. Adətən valyutanın artımını əngəlləməyə yönəlmiş addım sayılır. Lakin bu günkü güclü fixinq göstərir ki, hakimiyyət hələ də yüksək qiymətli yuandan məmnundur və onun kəskin zəifləməsinə imkan verməyəcək.

Yuan artıq yeddi ay ardıcıl olaraq dollar qarşısında bahalaşır. Bu, 2021-ci ildən bəri ən uzun ardıcıllıqdır. Valyutanın möhkəmlənməsini həmçinin Si Cinpin’in “güclü yuan” qurmaq vədi dəstəkləyir.

Analitiklər ANZ-dən yaxın vaxtlarda ticarətin 6,85–6,90 diapazonunda olacağını, ilin sonunda isə 6,75 səviyyəsinə möhkəmlənməni proqnozlaşdırırlar. Maybank isə 6,83–6,94 diapazonunu görür və Xalq Bankının addımlarını mühüm tədbirlər öncəsi bazarı “daşlama” praktikası kimi qiymətləndirir.

MONETAR.AZ