Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda yol təmir işlərinin həftəsonu da davam etdiriləcəyini açıqlayıb.
Məlumata görə, təmir səbəbindən bir sıra ərazilərdə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq:
- Səməd Vurğun küçəsi (A.A. Bakıxanov və M. Mirqasımov küçələri arasında)
- Rəşid Behbudov küçəsi (S. Rəhimov və S. Zeynalov küçələri arasında)
- Vaqif prospekti (C. Hacıbəyli və S. Vurğun küçələri arasında)
Bu ərazilərdə məhdudiyyətlər işlərin gedişindən asılı olaraq 1 may saat 23:00-dan 4 may saat 07:00-dək qüvvədə olacaq.
Bundan əlavə, Bakı şəhərində Xarici Dairəvi yolda (“20 Yanvar” istiqamətində) 1–3 may tarixlərində saat 07:00-dan 23:00-dək hərəkət qismən məhdudlaşdırılacaq, gecə saatlarında isə (23:00–07:00) yol tam bağlanacaq.
Tam məhdudiyyət tətbiq olunan müddətdə nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Salyan şossesi istiqamətinə (Bibiheybət məscidi tərəfə) yönləndiriləcək.