İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Məclisi şəhərdə ictimai nəqliyyat, taksi və məktəb servislərinə 20 faiz artım tətbiq edən yeni tarifləri qəbul edib. Artım 16 fevral 2026-cı ildən etibarən qüvvəyə minəcək.
Yeni tariflərə əsasən:
-
Elektron tam bilet 35 lirədən 42 lirəyə, aylıq “Mavi Kart” isə 2 748 lirədən 3 298 lirəyə qalxacaq.
-
Avtobuslarda 1 dayanacaq 25,06 lirədən 30,07 lirəyə, 34-43 dayanacaq arası 51,96 lirədən 62,35 lirəyə yüksələcək.
-
Tramvayda 1-7 stansiya 27 lirədən 34 lirəyə, 36-43 stansiya isə 59,76 liradan 74,70 lirəyə çatacaq.
-
Dəniz nəqliyyatında Üsküdar-Eminönü 44,33 lirədən 53,20 lirəyə, Kadıköy-Eminönü və Kadıköy-Beşiktaş 49,40 lirədən 59,28 lirəyə, Bostancı-Adalar isə lirədən 156,26 lirəyə qalxacaq.
-
Taksilərdə açılış haqqı 54,50 lirədən 65,40 lirəyə, kilometrə görə tarif 36,30 lirədən 43,56 lirəyə yüksələcək.
-
Mikroavtobuslarda 4 km-ə qədər qısa məsafə 32,50 lirədən 39 lirəyə, 15-20 km arası isə 39 lirədən 47 lirəyə qalxacaq, tələbə bileti isə 21 lirədən 25 lirəyə çatacaq.
-
Məktəb servislərində 0-1 km üçün 3 376 lirədən 4 051 lirəyə, işçi servisi isə 1 757 lirədən 2 284,54 lirəyə qalxacaq.
Qeyd edək ki, İstanbulda daha əvvəl 15 yanvar 2025-ci ildə 35 %, 12 sentyabr 2025-də isə 30 % tarif artımı edilmişdi.
MONETAR.AZ