Jaguar Land Rover yanğın riski səbəbilə 2 000-dən çox modeli geri çağırır

Jaguar Land Rover yanğın riski səbəbilə 2 000-dən çox

Jaguar Land Rover ABŞ-da yüksək gərginlikli batareya ilə bağlı potensial yanğın riski səbəbindən 2 278 ədəd I-PACE krossoverini geri çağırır. Bu barədə dünən ABŞ-ın Milli Avtomobil Yollarında Təhlükəsizlik İdarəsi (NHTSA) məlumat yayıb.

NHTSA-nın açıqlamasına görə, sözügedən avtomobillərdə yüksək gərginlikli batareya həddindən artıq qızaraq yanğın riskini artıra bilər.

Müvəqqəti tədbir kimi batareyanın proqram təminatı diler tərəfindən və ya məsafədən yenilənmə (OTA) yolu ilə yenilənəcək və bununla da enerji yığma səviyyəsi 90% ilə məhdudlaşdırılacaq.

Təhlükəsizlik qurumu əlavə edib ki, mühəndislər hazırda problemin daimi həlli üzərində işləməyə davam edirlər.

Geri çağırma ABŞ-dakı I-PACE modellərini əhatə edir, lakin elan zamanı istehsal illəri dəqiqləşdirilməyib.

MONETAR.AZ