Exeed platformasının baş mühəndisi Lou Yuenin fikrincə, 10 il ərzində elektromobillər qlobal avtomobil bazarında əsas (meynstrim) nəqliyyat vasitəsinə çevriləcək. Batareya texnologiyalarının inkişafı davam etdikcə, yürüş məsafəsi, qiymət və şarj infrastrukturu ilə bağlı məsələlər bu günə nisbətən daha aktual olacaq.
Mühəndisin sözlərinə görə, hidrogen və təbii qaz kimi texnologiyalar yox olmayacaq, lakin minik avtomobilləri seqmentində geniş yayılmayacaq. Onlar daha çox kommersiya nəqliyyatı və uzun məsafəli logistika kimi sahələr üçün uyğun hesab olunur, çünki bu sahələrdə tez yanacaq doldurma və sabit marşrutlar üzrə hərəkət vacibdir.
Beləliklə, gələcəkdə kütləvi avtomobillərin əsas istiqaməti elektrik mühərriklərinə keçid olacaq, alternativ enerji mənbələri isə daha çox xüsusi tətbiq sahələrində istifadə ediləcək.
MONETAR.AZ