Niderland dəmir yolu qaydalarını pozmaqda xəbərdar edilib

Niderland dəmir yolu qaydalarını pozmaqda

Avropa Komissiyası bugün bildirib ki, Niderlanda xəbərdarlıq göndərib. Xəbər verilib ki, ölkənin dəmir yolu şəbəkəsində qatar marşrutları üçün vaxt intervallarının (slotların) bölüşdürülməsi qaydaları Avropa İttifaqının rəqabət qanunvericiliyini poza bilər. Tənzimləyici qurum Niderlandı beynəlxalq sərnişindaşıma bazarında rəqabət mühitinin yaxşılaşdırılmasına çağırıb.

Komissiyanın ilkin qənaətinə görə, dövlətə məxsus Nederlandse Spoorwegen (NS) şirkətinə üstünlük verən mövcud qaydalar rəqabəti təhrif edə bilər. Xüsusilə də bu, beynəlxalq sərnişin dəmir yolu daşımaları seqmentində rəqabətə mənfi təsir göstərir.

Avropa İttifaqı Niderland hakimiyyətinə rəsmi bildiriş göndərərək qeyd edib ki, tətbiq olunan qaydalar NS şirkətinin bazardakı dominant mövqeyini daha da gücləndirə bilər.

Niderlanda Avropa Komissiyasının iradlarına cavab vermək üçün iki ay vaxt verilib.