ABŞ və İran arasında danışıqlar fonunda neft qiymətləri azalır

ABŞ və İran arasında danışıqlar fonunda

Bayram günləri səbəbindən ticarət aktivliyinin zəif olduğu bir vaxtda, əsas diqqətin ABŞ ilə İran arasında gözlənilən danışıqlara yönəlməsi fonunda neft qiymətləri bugün bir qədər ucuzlaşıb.

Bu həftə açıqlanacaq iqtisadi göstəricilər və Federal Ehtiyat Sistemindən gələn siqnallar ərəfəsində dolların möhkəmlənməsi də neft bazarına təzyiq göstərib.

Aprel ayı üçün Brent markalı neftin fyuçersləri 0,3% ucuzlaşaraq bir barel üçün 68,45 dollara düşüb. West Texas Intermediate (WTI) neftinin fyuçersləri isə Bakı vaxtı ilə saat 06:00-a 1,1% bahalaşaraq 63,45 dollar təşkil edib. WTI fyuçerslərindəki hərəkət ABŞ-da bazar ertəsi gününün bayram olması səbəbindən təhrif olunub.

Ticarət həcmləri Çin, Honkonq, Tayvan, Cənubi Koreya və Sinqapur bazarlarında bayram günləri ilə əlaqədar xeyli aşağı səviyyədə qalıb.

MONETAR.AZ