Bu gün bitkoinin qiyməti: 68 min dollar səviyyəsində sabitdir

Bu gün bitkoinin qiyməti: 68 min dollar

Bitkoin bugün sabitləşib. Bir sıra iri ölkələrdə bayram günləri səbəbindən kriptovalyuta bazarlarında hərəkətlər zəif olub ki, bu da birbaşa ticarət siqnallarının olmamasına gətirib çıxarıb.

ABŞ-da bir neçə əsas iqtisadi göstəricinin açıqlanması ərəfəsində ehtiyatlılıq, eləcə də ABŞ ilə İran arasında gözlənilən danışıqlar bazarda tərəddüd yaradıb.

Bitkoin Bakı vaxtı ilə saat 09:39-a olan məlumata görə 0,5% ucuzlaşaraq 68 056,0 dollar səviyyəsinə düşüb.