Əmtəə bazarlarında eniş: Neft, qızıl və portağal şirəsi ucuzlaşıb

Əmtəə bazarlarında eniş:

Qlobal əmtəə bazarlarında qiymətlərdə eniş tendensiyası müşahidə olunur. Enerji, metal və kənd təsərrüfatı məhsulları üzrə bir sıra əsas əmtəələrin qiyməti gün ərzində azalıb.

Enerji bazarlarında ən ciddi geriləmə ABŞ-ın WTI markalı xam neftində qeydə alınıb. WTI nefti 4,82%, Brent markalı neft isə 4,66% ucuzlaşıb. Avropa təbii qazının qiyməti də 3,06% aşağı düşüb. Bununla yanaşı, təbii qaz fyuçerslərində 3,90% artım qeydə alınıb.

Metal bazarında isə gümüş 2,97% dəyər itirərək ən çox ucuzlaşan qiymətli metal olub. Litium karbonatın qiyməti 1,67%, qızılın qiyməti isə 1,29% azalıb.

Kənd təsərrüfatı məhsulları arasında ən böyük eniş portağal şirəsində müşahidə edilib. Məhsulun qiyməti 5,65% geriləyib. Şəkər 2,82%, buğda isə 2,25% ucuzlaşıb. Bunun əksinə olaraq, yulafın qiyməti 2,52%, kanolanın qiyməti isə 0,78% artıb.

Analitiklər əmtəə bazarlarındakı dalğalanmanı qlobal iqtisadi qeyri-müəyyənlik, tələb gözləntilərində dəyişiklik və investorların risk iştahının azalması ilə əlaqələndirirlər.

MONETAR.AZ