50 yaşdan sonra peşə dəyişmək trendə çevrilib

50 yaşdan sonra peşə dəyişmək

Son illərdə 50 yaşdan sonra peşə dəyişmək əmək bazarında getdikcə daha geniş yayılan tendensiyaya çevrilib.

Bu fikirləri Rusiya Prezident Akademiyasının eksperti Anna Xripçenko bildirib ki, son 5–7 il ərzində 50 yaşdan yuxarı şəxslərin peşə dəyişməsi ilə bağlı real nümunələrin sayı artıb və bu hal artıq əmək bazarında nəzərə çarpan tendensiya kimi qiymətləndirilir.

Onun sözlərinə görə, yaşlı əməkdaşların yeni sahələrə yönəlməsi bir neçə əsas model üzrə həyata keçirilir. Bunlardan biri yaxın ixtisas sahəsinə keçiddir. Məsələn, mühasibin maliyyə analitiki kimi fəaliyyət göstərməsi buna nümunə ola bilər.

Digər model isə eyni peşə daxilində rol dəyişikliyidir. Belə ki, mühəndisin layihə rəhbərinə çevrilməsi və ya idarəetmə funksiyalarını üzərinə götürməsi daha çox müşahidə olunur.

Ekspert həmçinin mentorluq və tədris fəaliyyətinin də geniş yayıldığını vurğulayıb. Onun sözlərinə görə, təcrübəli mütəxəssislər topladıqları bilik və bacarıqları yeni kadrlarla bölüşərək əmək bazarında aktivliklərini davam etdirirlər.

Anna Xripçenko qeyd edib ki, bu yanaşmalar insanlara tamamilə sıfırdan başlamaq əvəzinə, mövcud təcrübələrini yeni istiqamətdə tətbiq etməyə imkan yaradır.

Ekspert hesab edir ki, əmək bazarında baş verən dəyişikliklər, yeni texnologiyaların inkişafı və insanların daha uzun müddət aktiv çalışmağa maraq göstərməsi 50 yaşdan sonra peşə dəyişikliyini daha real və qəbul edilən seçimə çevirib.

MONETAR.AZ