Qızılın qiyməti 1 faizdən çox ucuzlaşıb

Qızılın qiyməti 1 faizdən çox

Qızılın qiyməti həftənin ilk ticarət günündə 1 faizdən çox ucuzlaşaraq əvvəlki həftədən başlayan eniş tendensiyasını davam etdirib. Qiymətlərin geriləməsinə yüksək neft qiymətləri və ABŞ iqtisadiyyatında aktivliyin güclü olduğunu göstərən statistik məlumatlar təsir edib. Bu amillər Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha uzun müddət yüksək səviyyədə saxlaya biləcəyi ilə bağlı gözləntiləri gücləndirib.

Bakı vaxtı ilə saat 04:42-də qızılın spot qiymətini əks etdirən XAU/USD 1,1 faiz azalaraq bir troya unsiyası üçün 4 236,33 dollara düşüb. Məlumata görə, gün ərzində qiymətlərin enişi 2 faizdən də çox olub. Qızıl fyuçerslərinin qiyməti isə 1,2 faiz geriləyərək 4 270,50 dollar təşkil edib.

Digər qiymətli metallarda da ucuzlaşma qeydə alınıb. Gümüşün (XAG/USD) qiyməti 1,7 faiz azalaraq 63,24 dollara, platinin (XPT/USD) qiyməti isə 1,3 faiz geriləyərək 1 758,04 dollara düşüb.

MONETAR.AZ