Real gəlirlər artsa da, qızılın qiyməti 4 ildə 2 dəfədən çox yüksəlib

Real gəlirlər artsa da, qızılın qiyməti 4 ildə

Real gəlirlərin yüksəlməsinə baxmayaraq, qızıl son dörd ildə kəskin bahalaşıb. 2022-ci ilin oktyabrında 1 unsiyası təxminən 1 664 dollar olan qızılın qiyməti 2026-cı ilin sentyabrında 4 300 dolları ötüb.

Monetar.az xəbər verir ki, real gəlirlərlə qızıl arasındakı ənənəvi mənfi əlaqə son illərdə zəifləyib. Avropa Mərkəzi Bankının təhlilinə görə, 2008-ci ildən 2022-ci ilin əvvəlinə qədər qızıl qiymətləri real gəlirlərlə əsasən əks istiqamətdə hərəkət edib. Lakin 2022-ci ildən sonra bu əlaqə əhəmiyyətli dərəcədə zəifləyib. 

Qızılın qiyməti 2022-ci ilin oktyabrında 1 664 dollar səviyyəsində olduğu halda, 2023-cü ilin sonunda 2 026 dollara, 2024-cü ilin əvvəlində isə 2 034 dollara yüksəlib. 2026-cı ilin sentyabrında qiymət 4 325 dollar ətrafında olub. 

Bu, 2022-ci ilin oktyabrı ilə müqayisədə qızılın qiymətinin təxminən 160 faiz artması deməkdir.

Qızılın bahalaşmasında mərkəzi bankların artan tələbi də mühüm rol oynayıb. Mərkəzi bankların qızıl alışları 2022 və 2023-cü illərin hər birində 1 000 tondan çox olub. 2024-cü ilin ilk rübündə isə onların xalis qızıl alışı 289,7 ton təşkil edib. 

Beləliklə, son illərdə qızılın qiymətinin formalaşmasında yalnız real gəlirlər deyil, mərkəzi bankların ehtiyat siyasəti, geosiyasi risklər və qızıla olan institusional tələb də daha böyük əhəmiyyət qazanıb.