“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının balansında olan bir sıra əmlaklar bu gün saat 11:00-da hərraca çıxarılacaq. Hərrac Əmlak Xidmətləri Məkanında – Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında keçiriləcək.
Hərraca çıxarılan əmlaklar aşağıdakılardır:
1. Qeyri-yaşayış sahəsi (Bakı şəhəri, Nərimanov rayonu)
Ünvan: Əliyar Əliyev küçəsi, giriş 201B.
Ümumi sahə 367,60 kvadratmetr olan obyektin start qiyməti 845 480 manat, beh məbləği isə 4 227,4 manat təşkil edir.
2. Torpaq sahəsi üzrə icarə hüququ (Şəki rayonu, Daşüz kəndi)
Sahəsi 0,5 hektar olan torpaq sahəsi üzrə icarə hüququ 06.02.2053-cü ilədək qüvvədədir. Start qiyməti 692 000 manat, beh məbləği isə 3 460 manat müəyyən edilib. İcarənin illik məbləği 5 000 manatdır. Torpaq sahəsi Şəki rayonu Cəfərabad bələdiyyəsinə məxsusdur.
Hərracda iştirak etmək istəyən şəxslər müəyyən olunmuş qaydada beh məbləğini ödəməklə prosedura qoşula bilərlər. Hərrac açıq şəkildə keçiriləcək və əmlaklar ən yüksək təklif verən iştirakçılara təqdim olunacaq.
MONETAR.AZ