Böyük Britaniya Lukoil şirkətinə fevralın 26-dək möhlət verdi

Böyük Britaniya Lukoil şirkətinə

Böyük Britaniya hökuməti “Lukoil International GmbH” şirkəti ilə əməliyyatların 26 fevral 2025-dək davam etdirilməsinə icazə verən yeni lisenziya verib. Məlumat 27 noyabr tarixində Britaniya hökumətinin saytında dərc olunan sənəddə yer alıb.

Lisenziya yerli Maliyyə Sanksiyalarının İcrası İdarəsi (OFSI) tərəfindən verilib. Sənəddə qeyd olunur ki, INT/2025/8031092 nömrəli ümumi lisenziya “Lukoil”in beynəlxalq aktivləri ilə əməliyyatların aparılmasına imkan yaradır.

Bununla yanaşı, “Lukoil International” və onun törəmə şirkətləri üçün nəzərdə tutulan vəsaitlərin dondurulmuş hesablara köçürülməsi tələb olunur. Bu vəsaitlər yalnız Rusiya tərəfindən nəzarət tam olaraq aradan qaldırıldıqdan sonra istifadə oluna bilər.

Lisenziya həmçinin Britaniya maliyyə qurumlarına icazə verilmiş əməliyyatlar çərçivəsində ödənişləri emal etməyə imkan verir. London hökuməti istənilən vaxt lisenziyanı geri çağırmaq hüququnu da özündə saxlayır.

Xatırladaq ki, 22 oktyabrda ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “Lukoil” də daxil olmaqla iri neft şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlamışdı. 27 oktyabrda isə “Lukoil” rəhbərliyi həm şirkətin, həm də törəmə müəssisələrinin sanksiyalara məruz qalması səbəbilə xarici aktivləri satmaq niyyətində olduğunu bildirmişdi.

Monetar.az