25 noyabr 2025-ci il tarixində Bakı şəhərində dövlət balansında olan bir sıra nəqliyyat vasitələrinin hərracı keçirilib. Hərracda müxtəlif dövlət qurumlarının avtomobilləri satışa çıxarılıb və yeni sahiblərinə təhvil verilib.
Hərrac nəticələrinə görə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2005-ci il buraxılışlı Mitsubishi Pajero avtomobilini ilkin qiyməti ilə – 8 850 manata satıb. Milli Məclisin İşlər İdarəsi isə 2006-cı il buraxılışlı Toyota Avalon avtomobilini 5500 manata satışa çıxarıb və eyni məbləğə satılıb.
Mərkəzi Seçki Komissiyasının digər avtomobili, 2011-ci il buraxılışlı Mercedes Benz S350, ilkin qiyməti 12 400 manat olsa da, hərrac nəticəsində 16 348 manata satılıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi 23 ədəd müxtəlif markalı avtomobili satışa çıxarıb; onların ilkin qiyməti 23 350 manat, yekun satış qiyməti isə 24 517,50 manat olub.
“Müdafiə Nazirliyi 2004-cü il buraxılışlı QAZ-31105 avtomobilini 1 200 manatlıq ilkin qiymətdən 2,5 dəfə baha - 3 000 manata, UAZ-31512 avtomobilini isə 1 500 manatlıq ilkin qiymətdən 2 dəfə baha - 3050 manata satıb.”
Hərrac Protokol №41/25, 10.10.2025 əsasında keçirilmişdir və bütün satışlar qanunvericiliyə uyğun olaraq həyata keçirilib.
MONETAR.AZ