"Fədək" restoranına da növbə çatdı - heyvanlar yığışdırıldı

"Fədək" restoranına da növbə çatdı -

Təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən epizootoloji komissiyanın üzvləri ilə birgə Hacıqabul rayonu, Pirsaat qəsəbəsində yerləşən “Fədək” restoranında monitorinq keçirilib.

AQTA-dan bildirilib ki, monitorinq zamanı restoranda müəyyən edilmiş quşlara baytar həkim tərəfindən kliniki baxış keçirilib və aidiyyəti üzrə təhvil verilib. Ərazi dezinfeksiya, dezinseksiya və deratizasiya olunaraq müvafiq tədbirlər görülüb.

MONETAR.AZ